пятница, 19 июня 2009 г.

İKT üzre telim kursları

Azerbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli serencamı ile tesdiq edilmiş "2008-2012-ci illerde Azerbaycan Respublikasında tehsil sisteminin informasiyalaşdırılması üzre Dövlet Proqramı"nın heyata keçirilmesine dair tedbirler planında tehsil sisteminin pedaqoji ve inzibati idareetme heyetinin İKT üzre savadlılığının artırılmasına yöneldilmiş kompleks tedbirlerin reallaşdırılması nezerde tutulur.


Bu meqsedle bezi layiheler ve proqramlar artıq heyata keçirilmekdedir. Bele layihelerden biri de "İntel - gelecek üçün tehsil"dir. Layihede meqsed yerlerde telim kurslarının teşkili ile müellimlerin İKT savadlılığının artırılmasıdır. İşlediyim Sumqayit şeheri 31 nömreli orta mektebde "İntel - gelecek üçün tehsil" proqramı üzre artıq mektebimizin 100-dan çox müellimi İKT-nin tetbiqi sahesinde yeni biliklere yiyelenmişdir. Bu layihe çerçivesinde işler davam etdirilir. Kursların teşkilinde ve fenn müellimlerimizin yeni texnologiyanın esaslarına yiyelenmesinde mektebin direktoru Xanim Əhmedovanin xüsusi emeyi vardır. Kurslara "İntel"in Sumqayit seheri üzre telimçileri Aybeniz Esgerova ve Naile Cafarova rehberlik edir.

Mektebimizde İKT-ye maraq

video

четверг, 18 июня 2009 г.

Tehsil Nazirliyinin İKT islahatı

Bu gün elm ve texnikanın tereqqi etmesi informasiya-kommunikasiya texnologiyasının heyatımızın esas hissesine çevrilmesine sebeb olub. Müasir texnologiyasız, kompütersiz, internetsiz çağdaş heyatı tesevvür etmek mümkün deyil. Bele bir dönemde, Azerbaycanın müasir inkişafla ayaqlaşması nece gedir? Tehsil naziri Misir Merdanov defelerle bu istiqametde geniş işlerin görüldüyünü qeyd edir. Özünün de dediyi kimi, Azerbaycanın geleceyi informasiya-kommunikasiya texnologiyalarından ne derecede istifade olunmasından çox asılıdır. Ona göre de, üç il evvel bu barede dövlet proqramı hazırlanıb. 2005-2007-ci illeri ehate eden proqrama müvafiq olaraq mekteblerin İKT avadanlıqları ile temin olunması, pedaqoji kadrların İKT üzre treninqlerden keçirilmesi, yeni nesil tedris materiallarının, multimedia disklerinin hazırlanması üzre mühüm tedbirler heyata keçirildiyi qeyd olunur

Mekteb ve texnologiya


“Elektron mekteb” layihesinde iştirak eden mekteblerin müellimleri üçün “Meded” humanitar teşkilatı terefden İKT-nin tehsile tetbiqi üzre telimler başlayıb. Telimlerde müellimler “2008-2012-ci illerde tehsil sisteminin informasiyalaşdırılması Dövlet Proqramı” çerçivesinde tehsilde informasiya texnologiyalarının tetbiqi haqqında, tehsil portalından tedris prosesinde istifade etmek verdişleri ve s. bilikler elde edecekler. “Elektron mekteb” layihesinde iştirak eden mekteblerin bütün müellimleri bu telimlerden keçecek.
“Elektron mekteb” layihesinde iştirak eden mekteblerin müellimleri praktik olaraq gündelik tedris zamanı informasiya texnologiyalarından istifade etmelidirler. “Elektron mekteb” layihesi, pilot layihe olaraq, Azerbaycanın orta tehsil sisteminde informasiya ve kommunikasiya texnologiyalarının tetbiqine real imkan verecek